21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Rəşad Eyubovun başçılıq etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FIFA referisi Aaron O`Doud idarə edəcək.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.
