Azərbaycanın U-21 millisinin Şotlandiya ilə oyununu norveçli hakim idarə edəcək

A- A A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Şotlandiyaya qarşı keçirəcəyi oyununa təyinatlar açıqlanıb.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsindəki matç Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Matiyas Stöfrinqshauqa həmyerliləri Erland Hareland və Edvard Helgerud köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mohammad Usman Aslam yerinə yetirəcək.

Xatırladaq ki, U-21 millisinin Şotlandiya ilə oyunu sentyabrın 30-da Kilmarnok şəhərində baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: