Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası başa çatıb.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət komandası yarışı 17 xalla beşinci pillədə başa vurub.
Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub.
Turnirdə müvafiq olaraq Özbəkistan və Çin yığmaları qalib olub.
