İspaniya təmsilçisi "Barselona" İngiltərənin "Çelsi" klubunun futbolçusu Villian Estevaonu heyətinə qatmaq istəyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
19 yaşlı hücumçu ilə London komandasının baş məşqçisi Xabi Alonso arasında fikir ayrılığı yaranıb.
Oyunçu az forma şansı qazandığı üçün narazıdır. O, cari mövsüm Premyer Liqada cəmi 23 dəqiqə meydanda olub.
Xartırladaq ki, Villian Estevaonun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü ilin yayınadək qüvvədədir.
