Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

A- A A+

Fransa millisinin sabiq hücumçusu, hazırda Liqa 1 təmsilçisi “Lill”in formasını geyinən Olivye Jiru mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu “L’Équipe” nəşrinə açıqlamasında deyib.

“Görünür, futbolçu kimi bu, mənim son mövsümümdür. Buna görə də hər anın zövqünü çıxarıram”, – deyə fransalı forvard qeyd edib.

Sentyabrın 30-da məşhur futbolçunun 40 yaşı tamam olacaq.

Olivye Jiru ötən ilin yayından “Lill”də çıxış edir. Karyerası ərzində “Los-Anceles”, “Milan”, “Çelsi” və “Arsenal” kimi klubların da formasını geyinib.

O, 2018-ci ildə Fransa yığmasının heyətində Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: