İspaniyalı məşhur Formula 1 pilotu Fernando Alonso “Aston Martin” komandası ilə müqaviləsinin müddətini uzadıb.
NUHÇIXAN xəbər verir ki, 45 yaşlı sürücü daha bir il Böyük Britaniya təmsilçisinin uğurları üçün çalışacaq.
Komanda, həmçinin Lans Strollun da müqaviləsinin yeniləndiyini açıqlayıb. Beləliklə, kanadalı pilot növbəti mövsümdə də Fernando Alonsonun komanda yoldaşı olacaq.
