Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək oyun öncəsi komandanın ümumi məşqində iştirak etməyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
41 yaşlı futbolçu Malmödə məşqin başlamasına təxminən 30 dəqiqə qalmış meydana çıxıb. Lakin daha sonra soyunub-geyinmə otağına yollanaraq komandanın qaldığı otelə qayıdıb.
Portuqaliya Futbol Federasiyası (FPF) bildirib ki, Ronaldu otelin idman zalında fərdi məşq keçib. Buna səbəb kimi komandanın məşq etdiyi stadionda fərdi hazırlıq üçün lazımi avadanlığın olmaması göstərilib.
Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının II turunda Norveçi 2:1 hesabı ilə məğlub edib. Ronaldu həmin görüşdə ehtiyat oyunçular sırasında yer alıb və meydana çıxmayıb. Baş məşqçi Jorji Jezuş isə futbolçunun fiziki probleminin olmadığını bildirib.
Danimarka – Portuqaliya qarşılaşması oktyabrın 1-də Kopenhagendə keçiriləcək.
