Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin V-VI sinif qız şagirdləri arasında şahmat üzrə şəxsi birinciliyə start verilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikası-95” devizi altında təşkil edilən birincilikdə 17 tam orta məktəbin hər birindən 3 qız olmaqla, ümumilikdə 51 şagird iştirak edir. Qeyd edək ki, “İsveçrə” sistemi ilə keçirilən yarış 5 turdan ibarətdir. Birincilik 2 gün davam edəcək. Final oyunları mayın 17-də olacaq.