2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək

A- A A+

2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, matç "Atatürk" Olimpiya Stadionunda olacaq.

Bu arena səsvermədə Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib.

Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi “Liverpul”un İtaliya “Milan”ını məğlub etdiyi oyun da bu arenada baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: