İngiltərənin "Mançester Yunayted" klubu Fransa millisinin futbolçusu Jan-Filip Mateta ilə maraqlanır.
NUHÇIXAN "TeamTalk"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Pelas"da çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir.
Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Xatırladaq ki, Jan-Filip Mateta cari mövsüm zədə səbəbindən cəmi bir matçda iştirak edib.
