Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

A- A A+

Kriştianu Ronaldunun Portuqaliya millisindəki forma nömrəsinin yeni sahibi bəlli olub.

NUHÇIXAN Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “7” nömrəli formanı bundan sonra Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Rafael Leau geyinəcək. O, daha əvvəl yığmada “17” nömrəli forma ilə çıxış edirdi.

Portuqaliya millisi UEFA Millətlər Liqasının III turunda bu gün Danimarka ilə qarşılaşacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu baş məşqçi Jorji Jezuşun Danimarka ilə oyunda onu start heyətində meydana buraxmayacağını açıqlamasından sonra milli komandanın düşərgəsini tərk edib. 41 yaşlı forvardın yığmadakı karyerasını başa vuracağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: