Qətərdə futbol üzrə Dünya Çempionatı-2022 üçün tikilən "Əl-Vakra" adlı ikinci stadionun açılışı olub.
NUHÇIXAN "TASS"a istinadən xəbər verir ki, stadionun açılış mərasimində Qətər Əmirinin Kubokunun final oyunu keçirilib. Finalda "Əl-Duhayl" "Əl-Sədd" klubunu 4:1 hesabı ilə məğlub edib.
Zaha Hədid tərəfindən hazırlanan stadion 40 min azarkeş tutumuna malikdir. Stadionun tikintisinə 575 milyon dollar vəsait xərclənib.