Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, NTD "Sumqayıt"la üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Xatırladaq ki, mövsümün ilk oyununda "Sabah" "LANDAU Lions"u məğlub edib - 84:74.
Digər qarşılaşmalar 3 və 4 oktyabrda keçiriləcək. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.
