İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Bornmut"un futbolçusu Aleks Skottla maraqlanır.
NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, paytaxt klubu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.
A.Skott 2023-cü ildən "Bornmut"da çıxış edir. Ötən mövsüm Premyer Liqada 34 matçda iştirak edən oyunçu cari mövsüm 6 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
