Ruslan Paşayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb

A- A A+

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, idmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: