İdman federasiyalarının muzeylərə ekskursiyası olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları idmançıları və məşqçi müəllimlərinin muzeylərə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası Heydər Əliyev Muzeyində, Karate-do Federasiyası Qarabağlar türbəsində, Futbol Federasiyası Naxçıvan Dövlət Xalça Muzeyində, Yüngül Atletika Federasiyası Nəbatat Bağında olublar. Tanışlıq zamanı idmançıları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: