Azərbaycanın U-21 millisi bu gün Bakıda Cəbəllütariqlə qarşılaşacaq

A- A A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, Rəşad Eyubovun baş məşçqisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gələcək.

B qrupunun görüşü "Bank Respublika Arena"da, saat 17:45-də start götürəcək. Qarşılşamanın baş hakimi lüksemburqlu Yasmin Sabotiç olacaq.

Qeyd edək ki, U-21 hazırda qrupda 6 komanda arasında 7 xalla 5-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: