Şahmat üzrə keçirilən şəxsi birinciliyə yekun vurulub

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin qız şagirdləri arasında şahmat üzrə keçirilən şəxsi birinciliyə yekun vurulub.

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarışın bağlanış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov şahmatçıları Muxtar Respublikanın 95 illik yubileyi münasibətilə təbrik edib və qaliblərə uğurlar arzulayıblar.

“İsveçrə” sistemi ilə 5 turdan ibarət olaraq keçirilən yarışın yekun nəticəsinə əsasən, 10№-li tam orta məktəbin şagirdi Jalə İbrahimli I , 16№-li tam orta məktəbin şagirdi Rüqayyə Mirzəyeva II , 3№-li tam orta məktəbin şagirdi Zöhrə Həsənova III yerə layiq görülüblər.

Sonda qaliblərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: