UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

A- A A+

UEFA nümayəndələri “Sabah”ın Çempionlar Liqasında ev oyunlarının baş tutacağı Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi qeyd edib ki, təkrar baxış Çexiyanın “Slaviya Praqa” klubu ilə matçdan bir neçə gün əvvəl olacaq.

Həmidovun sözlərinə görə, qurum rəsmiləri ilk baxış zamanı öz rəy və təkliflərini bildiriblər: “UEFA Çempionlar Liqasının liqa mərhələsinin tələbləri klubumuza bəllidir. Həm stadion rəhbərliyi, həm də klub olaraq həmin standartların təmin edilməsi üçün intensiv işlər aparılır. Hazırda nəzərdə tutulan işlərin böyük hissəsi yekunlaşıb. Qarşılaşma gününədək arena tam hazır vəziyyətə gətiriləcək”.

Qeyd edək ki, oktyabrın 13-də təşkil olunacaq “Sabah” - “Slaviya Praqa” matçı saat 20:45-də başlayacaq. Bakı klubu liqa mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: