“Araz” klubu futzal üzrə Azərbaycan çempionatının qalibi olub - FOTOLAR

A- A A+

Mayın 17-də Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, həlledici matçda “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıblar. Oyunda 4:1 hesablı qələbə qazanan “Araz” ölkə çempionu olub. “Xəzər Cənub” isə çempionatın gümüş medallarına yiyələnib.

Üçüncü yer uğrunda qarşılaşmada “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medalları qazanıb.

Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçiliblər. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan çempionatının bombardiri olub.

Mükafatlandırma mərasimində komandalara diplomları, medalları, çempiona isə kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: