Portuqaliya milli futbol komandasının hücumçusu Kriştiano Ronaldo yaxın zamanda milli komandadakı çıxışını başa vurmaq niyyətində olmadığını bildirib.
NUHÇIXAN xəbər verir ki, futbolçu “A Bola” nəşrində dərc olunan açıq məktubunda Danimarka ilə oyundan əvvəl komandanın düşərgəsini tərk etməsinə görə komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib.
41 yaşlı hücumçu baş məşqçi Jorje Jezuşla oyun vaxtı ilə bağlı yaranan fikir ayrılığından sonra düşərgəni tərk etdiyini bildirib. Ronaldo bu addımına görə məsuliyyəti öz üzərinə götürüb.
O, hazırda yaxşı formada olduğunu və milli komandaya qayıtmağa hazır olduğunu qeyd edib.
Ronaldo, həmçinin Portuqaliya Futbol Federasiyasının tətbiq edəcəyi cəzanı qəbul etməyə hazır olduğunu və gələcəkdə milli komandada vida oyunlarında iştirak etməyi planlaşdırdığını bildirib.
