FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

A- A A+

FIFA milli komandaların reytinq cədvəlini yeniləyib.

NUHÇIXAN ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1138,96 xalla bir pillə geriləyərək 127-ci sıraya enib.

Qeyd edək ki, reytinqə 2011,57 xalla son dünya çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Argentina (1972,80), üçüncü pillədə isə Fransa (1958,86) yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: