Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsində daha 3 görüş baş tutacaq.

NUHÇIXAN xəbər verir ki, ilk olaraq “Difai” “Palms Sports” Futbol Mərkəzində (IV meydança) “Zəngəzur”u qəbul edəcək. Oyun saat 14:00-da başlayacaq.

Digər matçlarda “Marafon” “Marafon Arena”da “Dinamo”, “Şirvan” isə Şirvan Olimpiya İdman Kompleksinin stadionunda “Kür-Araz”la üz-üzə gələcək. Hər iki qarşılaşma saat 14:30-da start götürəcək.

Ötən gün keçirilən oyunlarda “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: