Azərbaycan Kubokunda I təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, son oyun günündə 1 matç baş tutacaq.
"Ağdaş" komandası "Hypers"i qəbul edəcək.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr
14:30. "Ağdaş" – "Hypers"
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu
Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında "Qaradağ Lökbatan" "Şəki"ni 12:0, "Ağstafa Gəncləri" "Şəmkir"i 5:1, "Zəngəzur" "Difai"ni 3:1, "Marafon" "Dinamo"nu 3:0, "Kür-Araz" isə "Şirvan"ı 3:1 hesabı ilə üstələyib.
