İngiltərənin "Arsenal" komandası ilə müqaviləsinin müddətini uzadan Mikel Artata ən çox maaş alan baş məşqçilər siyahısında liderliyə yüksəlib.
NUHÇIXAN "La Vanguardia" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis ildə təxminən 26 milyon avro qazanacaq.
Əvvəl onun mövsümlük qazancı təxminən 17,3 milyon avro təşkil edirdi.
İllik 25,7 milyon avro gəlirlə "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) baş məşqçisi Simone İnzaqi ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü 23,2 milyon avro qazancla İspaniyanın "Atletiko" komandasında Dieqo Simeone tamamlayır.
Xatırladaq ki, Mikel Artetanın yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub. 2019-cu ildən London təmsilçisində işləyən mütəxəssis 2025/2026 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.
