Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi müəyyənləşib

A- A A+

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanovun və federasiyanın Rəyasət Heyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib.

NUHÇIXAN Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, bu vəzifəyə Cəlil Cəfərov təyin olunub.

“Rabitə” və “Telekom” klublarının sabiq prezidentinin federasiyanın baş katibi vəzifəsinə təyin olunması ölkəmizdə voleybol idmanının inkişaf etdirilməsi üçün məqsədəuyğun bilinib. O, “Rabitə” komandası ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun, həmçinin klublararası dünya çempionatının medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” komandası da Azərbaycan Super Liqasında öz sözünü deyib və milli komandamızın heyətinin genişləndirilməsinə töhfə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: