Meksikalı hakim Marko Antonio Ortis "Atlas" və "Qvadalaxara" komandaları arasında keçiriləcək XI turun oyununa təyinat alıb.
NUHÇIXAN xəbər verir ki, bunu Meksika Futbol Federasiyasının Hakimlər Komitəsi açıqlayıb.
38 yaşlı referi 7 ay əvvəl bu komandalar arasında baş tutan əvvəlki qarşılaşmadan sonra ölüm təhdidləri almışdı. O, ölkəsinin ən tanınmış və təcrübəli hakimlərindən biridir.
Sözügedən derbi oktyabrın 10-da keçiriləcək.
Xatırladaq ki, martın 7-də gerçəkləşmiş oyunda "Qvadalaxara" 2:1 hesabı ilə qalib gəlib. Marko Antonio Ortis qələbə qazanan komandanın xeyrinə iki penalti təyin etmişdi. Onlardan yalnız biri qolla nəticələnmişdi.
