Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş “Qürur rəngləri” kvest oyununun Naxçıvan mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzinin qarşısında təşkil olunan kvest oyununda gənclər müxtəlif maraqlı və dinamik mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Oyunun əsas məqsədi Dövlət Bayrağı Gününün tarixi əhəmiyyətini gənclərə aşılamaq, dövlət rəmzlərinə hörmət və milli qürur hissini gücləndirmək, həmçinin onların yaradıcı və analitik düşünmə, strateji qərarvermə və komanda işi bacarıqlarını inkişaf etdirmək olub.

Kvest oyunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: