İtaliyanın "Yuventus" komandası yarımmüdafiəçisi Niko Qonsaleslə yeni müqavilə imzalayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı argentinalı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi 2024-cü ildən "Yuventus"un şərəfini qoruyur. O, ötən mövsümü icarə əsasında İspaniyanın "Atletiko" (Madrid) klubunda keçirib.
N.Qonsales 2026/2027 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.
