Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq

A- A A+

Misli Premyer Liqasında VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, günün ilk matçında "Qarabağ" Yevlax şəhər stadionunda "İmişli"nin qonağı olacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Ardınca isə Premyer Liqanın debütantı "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq görüş saat 18:30-da başlayacaq.

Misli Premyer Liqası

I dövrə, VII tur

11 oktyabr

16:00. "İmişli" – "Qarabağ"

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.

VAR: Vüqar Həsənli.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

18:30. "Şəfa" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: