Klarens Zeedorf "Korintians"ın baş məşqçisi təyin olunub

A- A A+

Niderlandlı mütəxəssis Klarens Zeedorf Braziliyanın "Korintians" komandasının baş məşqçisi təyin olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə San-Paulu təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Korintians" K.Zeedorfun məşqçilik karyerasında beşinci komandadır. O, daha əvvəl İtaliyanın "Milan" (2014), Çinin "Şençjen" (2016), İspaniyanın "Deportivo" (2018) klublarına və Kamerun millisinə (2018–2019) rəhbərlik edib. Niderlandlı keçmiş futbolçu son vaxtlar ölkəsinin Kral Futbol Assosiasiyasının (KNVB) Müşahidə Şurasında yer alıb.

San-Paulu təmsilçisi Braziliya çempionatında keçirdiyi 29 oyundan sonra 32 xalla 16-cı pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: