Duşan Vlahoviç "Beşiktaş"da rekorda imza atıb

A- A A+

"Beşiktaş"ın serbiyalı futbolçusu Duşan Vlahoviç debütündən sonra ardıcıl 4 matçda fərqlənməklə İstanbul klubunda XXI əsrin rekorduna imza atıb.

NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, o, Türkiyə Süpeliqasında "Kocaelispor"la matçın 31-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə bunu reallaşdırıb.

Qarşılaşma "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində İstanbul təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, serbiyalı mərkəz hücumçusu son 4 ili İtaliyanın "Yuventus" klubunda keçirib. Turin təmsilçisi vaxtilə onun transferinə 70 milyon avrodan çox xərc çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: