İtaliya A Seriyası: “Milan” və “Napoli” öz meydanlarında qalib gəlib

A- A A+

Mayın 19-da İtaliya A Seriyasının 36-cı turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin birinci və ikinci yerləri bəlli olduğu üçün, əsas mübarizə UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün aparılıb. Üçüncü və dördüncü yerlərə “Milan”, “İnter” və “Atalanta” aralarında mübarizə davam edir.

Otuz altıncı turda iki mərkəzi qarşılaşma oyunu keçirilib. Çempionluğunu vaxtından əvvəl təmin etmiş “Yuventus” “Atalanta”nı qəbul edib.

Görüşdə tərəflər hərəyə bir qol vuraraq heç-heçə edib - 1:1. Bu heç-heçədən sonra xalların sayını 66-a çatdıran “Atalanta” turnir cədvəlində üçüncü yerə yüksəlib.

Eyni xala malik dördüncü pilləyə enən “İnter” isə Seriya A-da ikinciliyi qazanmış “Napoli” klubunun qonağı olub. Gərgin keçən görüşdə neapollular 4:1 hesabı ilə qələbə qazanıb.

“İnter” “Atalanta” şəxsi oyunlarına görə zəif göstərici olduğu üçün reqlamentə əsasən dördüncü pilləyə enib.

Qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmaq üçün mübarizəsini dayandırmayan “Milan” isə öz meydanında autsayder “Frosinone” komandasını qəbul edib. Oyunun favoriti sayılan milanlılar rəqibin qapısından iki cavabsız top keçirib. Bu qələbə sayəsində “Milan” 65 xal toplayaraq beşinci pillədə qalıb.

Bu üç komandanın taleyi sonuncu - 37-ci turda bilinəcək. Mayın 26-da “Atalanta” “Sassuolo”nı, “İnter” isə “Empoli” komandasını qəbul edəcək. “Milan” isə səfərdə “SPAL”ın qonağı olacaq.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Udineze” - SPAL - 3:2;

“Genoa” - “Kalyari” - 1:1;

“Sassuolo” - “Roma” - 0:0;

“Kiyevo” - “Sampdoriya” - 0:0;

“Empoli” - “Torino” - 4:1;

“Parma” - “Fiorentino” - 1:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: