Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

A- A A+

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

NTV xəbər verir ki, o, liqa mərhələsinin II turunda Sloveniyada “Selye” və Kiprin “Omoniya” komandası arasında keçiriləcək matçı idarə edəcək.

Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, “Selye”-“Omoniya” görüşü oktyabrın 15-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: