Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər

A- A A+

Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-Prisi start götürəcək.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.

Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada dörd boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə keçiriləcək Qran-Pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: