UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandası arasında keçiriləcək III tur oyununa hakim təyinatları açıqlanıb.
NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Xavyer Alberola Roxas olacaq. Ona yan xətt hakimləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək. VAR hakimi Sesar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
