Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb

A- A A+

"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.

NUHÇIXAN "Opta"ya istinadən xəbər verir ki, hücumçu bunu VII turda "İpsviç"ə qalib gəldikləri (3:2) matçda dubl etməklə bacarıb.

Norveçli forvard Premyer Liqada penaltilər istisna olmaqla, 100 qol həddinə ən tez çatan oyunçu olub.

O, çempionatdakı 139-cu matçında bunu bacarıb. Bu isə turnir tarixindəki ən sürətli göstəricidir.

Xatırladaq ki, "Mançester Siti" hazırda 21 xalla Premyer Liqanın lideridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: