Ağdam Olimpiya İdman Kompleksinin nəzdində yerləşən alpaqut zalı təmirdən sonra yenidən istifadəyə verilib.
Azərbaycan Alpaqut Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, federasiyanın Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev və idmançılar iştirak ediblər.
Xatırladaq ki, oktyabrın 25-də Ağdam Olimpiya İdman Kompleksində şəhid leytenant Sərvan Göyüşovun xatirəsinə həsr olunmuş Qarabağ Açıq Turniri keçiriləcək.
