Portuqaliyalı baş məşqçi Ruben Amorim İtaliyanın “Milan” klubunda ilk oyunlarından etibarən uğurlu nəticələrlə diqqət çəkib.
NUHÇIXAN xəbər verir ki, Milan təmsilçisi mütəxəssisin rəhbərliyi altında A Seriyasında keçirdiyi ilk 7 matçda məğlub olmayıb. Bununla da Amorim “Milan”ın 1963-cü ildən bəri ilk yeddi liqa oyununda məğlub olmayan üçüncü baş məşqçisi olub.
Qeyd edək ki, daha əvvəl 1955-ci ildə Ektor Puriçelli üç qələbə və dörd heç-heçə, 1963-cü ildə isə Luis Karnilya dörd qələbə və üç heç-heçə ilə bu göstəriciyə nail olub. Amorim də ilk yeddi oyunda dörd qələbə qazanıb, üç dəfə heç-heçə edib.
