“Sabah” komandası bu gün UEFA Çempionlar Liqasındada növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin III turunda Bakıda Almaniyanın ən tanınmış və titullu klublarından olan “Borussiya Dortmund”la qarşılaşacaq.
Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:45-də start götürəcək. Matçı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edəcək.
Qeyd edək ki, ilk iki turdan sonra hər iki komandanın aktivində 3 xalı var. Turnir cədvəlində “Borussiya Dortmund” 18-ci, “Sabah” isə 22-ci pillədə qərarlaşıb.
