“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək

A- A A+

On dördüncü dəfə Azərbaycan çempionu olan “Araz” futzal klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək. UEFA turnirin püşkatma mərasiminin vaxtını açıqlayıb.

NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2019-2020-ci il mövsümünün püşkü iyulun 4-də Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Həmin gün ilkin və əsas mərhələdə mübarizə aparacaq komandalar rəqibləri ilə tanış olacaq. İlkin mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 8-dən 13-dək keçiriləcək. Bu mərhələ başa çatdıqdan sonra elit raundun püşkü atılacaq. Oktyabrın 18-də keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq. Mərhələnin oyunları isə noyabrın 19-dan 24-dək baş tutacaq. “Dördlər final”ı isə 2020-ci il aprelin 23-də və 25-də, ya da 24-də və 26-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: