UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Borussiya"ya iki top fərqi ilə uduzub

A- A A+

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasındakı üçüncü oyununda məğlub olub.

NUHÇIXAN-ın məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.

Əlincə stadionunda reallaşan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.

82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.

Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5, II turda Bakıda Çexiyanın "Slaviya" komandasına 3 cavabsız qolla uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: