Ronaldunun komandası borclarına görə satışa çıxarıla bilər

A- A A+

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu 184 milyon avro məbləğində borc səbəbindən satışa çıxarıla bilər.

NUHÇIXAN xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın “Milan” və Fransanın “Tuluza” klublarının sahibi olan “RedBird Capital Partners” şirkəti “Əl-Nəsr”ə mümkün investisiya yatırımı ilə bağlı danışıqlar aparır. Komandanın hücumçusu Kriştianu Ronaldu da klubun səhmlərinin 20 faizədək hissəsini əldə edə bilər.

Səudiyyə Ərəbistanı çempionatında 8 turdan sonra 19 xal toplayan “Əl-Nəsr” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider “Əl-Hilal”dan beş xal geri qalır.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə dörd qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: