"Roma"nın futbolçusu Uesli Fransa Premyer Liqanın 3 klubunun diqqət mərkəzinə düşüb

A- A A+

İtaliyanın "Roma" klubunda çıxış edən müdafiəçi Uesli Fransa İngiltərə Premyer Liqasının üç komandasının diqqət mərkəzinə düşüb.

NUHÇIXAN "Football Insider"ə istinadən xəbər verir ki, 23 yaşlı braziliyalı futbolçu ilə "Mançester Yunayted", "Arsenal" və "Nyukasl" klubları maraqlanır.

İtaliya təmsilçisinin futbolçu üçün təxminən 60 milyon avro tələb etməsi transferin gerçəkləşməsini çətinləşdirə bilər.

Qeyd edək ki, U.Fransa cari mövsümdə bütün turnirlərdə keçirdiyi 8 matçda 1 məhsuldar ötürmə verib. Onun "Roma" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: