Xviça Kvaratsxeliya 9 ay yaşıl meydanlardan kənarda qala bilər

A- A A+

Fransanın PSJ klubunun və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya zədə səbəbindən 9 ayadək futboldan uzaq qala bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə idman fizioterapevti Anxel Vilyanueva məlumat verib.

Mütəxəssisin sözlərinə görə, UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunun “Barselona” ilə matçında zədələnən gürcüstanlı futbolçunun görüntülərində baldır sümüyünün önə doğru yerdəyişməsi müşahidə olunur. Bu, ön çarpaz bağın zədələnməsinin əsas şübhəli əlamətlərindən biridir. Zədə anında futbolçunun sağ dizində qeyri-təbii, içəriyə doğru əyilmə qeydə alınıb.

Fizioterapevt ehtimal olunan bərpa müddətinin 9 ay olduğunu qeyd etsə də, zədənin dəqiq xarakterini yalnız tibbi müayinələr müəyyən edə bilər.

25 yaşlı futbolçu bu gün maqnit-rezonans tomoqrafiyasından (MRT) keçməlidir. Müayinə dizin ön çarpaz bağının qopması ilə bağlı şübhələrə aydınlıq gətirəcək.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda “Barselona”nı 4:2 hesabı ilə məğlub edib. Kvaratsxeliya həmin qarşılaşmanın 59-cu dəqiqəsində əvəzlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: