İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Fakundo Bernal "Barselona"nın vingeri Lamin Yamalı baş zərbəsi ilə vurduğu üçün 4 oyunluq cəzalandırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
Hadisə İspaniya La Liqasının IX turunun "Betis" – "Barselona" matçında (2:5) baş verib. İkinci hissənin əvvəlində L.Yamal komanda yoldaşının tərəfini saxladıqdan sonra F.Bernal onun üzünə zərbə endirib. Bu qayda pozuntusuna görə Sevilya təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.
23 yaşlı F.Bernalın cəzası İspaniya Kubokunun oyunlarına da şamil edilir. Yarımmüdafiəçinin noyabrın 22-də "Seviliya" ilə görüşdə meydana qayıdacağı gözlənilir.
