"Barselona" Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

A- A A+

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo ciddi zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənar qalacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Tibbi müayinə zamanı futbolçunun UEFA Çempionlar Liqasının PSJ ilə oyununda (2:4) rəqiblə toqquşma nəticəsində sol budundan zədə aldığı müəyyənləşib.

Qeyd edək ki, Olmo cari mövsümdə "Barselona"nın heyətində 12 matçda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: