Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub

A- A A+

Türkiyənin "Qalatsaray" komandası UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi liqa mərhələsinin III turu çərçivəsində Fransada "Lill" klubunun qonağı olub. Rəqibini 4:2 hesabı ilə məğlub edən "Qalatasaray" əsas mərhələdə ilk qələbəsini qazanıb.

"Sarı-qırmızılılar"ın heyətində qolları Yunus Akgün, Aleksey Batrakov və Viktor Osimhen vurub, Bərkə Özər avtoqol müəllifi olub. Ev sahibi komandanın heyətində isə Soriba Dyaun dubl edib.

Bu oyunla eyni saatda başlayan digər matçda isə İngiltərənin "Mançester Yunayted" klubu İtaliyada "Komo"ya 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, günün digər oyunları Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: