Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start veriləcək

A- A A+

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

NUHÇIXAN  xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Qəbələ” ilə üz-üzə gələcək. Saat 15:00-da başlayacaq görüş öncəsi “Qəbələ” 4 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisi isə 2 xalla sonuncu, 12-ci yerdədir.

Günün ikinci qarşılaşmasında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək. Paytaxt klubu 12 xalla 6-cı, “Zirə” isə 8 xalla 8-ci sırada yer alır.

Azərbaycan Premyer Liqası

IX tur

23 oktyabr

15:00. "Araz-Naxçıvan" – "Qəbələ"

Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Tərlan Talıbzadə.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: İlham Əliyev.

Şamaxı şəhər stadionu

19:00. "Zirə" – "Sumqayıt"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: