Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

A- A A+

Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

NUHÇIXAN-ın  məlumatına görə, "Snow Polo World Cup Azerbaijan-2027" fevralın 19-21-də baş tutacaq.

Şahdağın qarlı meydanı beynəlxalq polo həyəcanına səhnə olacaq. 4 ölkənin komandaları kubok uğrunda mübarizə aparacaq.

İsveçrədən "Evviva Polo Club" St. Moritz, Avstriyadan "Kitzbühel Polo Club", ABŞ-dən "Aspen Polo Club" və Azərbaycanı təmsil edən "Land of Fire" yarışda çıxış edəcək.

Üç gün ərzində sürət, dəqiqlik və komanda ruhu ön planda olacaq. Atların gücü, oyunçuların ustalığı və qar üzərində gərgin mübarizə tamaşaçılara unudulmaz anlar yaşadacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: